Digər

Görün Abramoviç Türkiyədə ofisianta nə qədər “çayvoy” verdi

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç Türkiyənin elit restoranlarından birində inanılmaz səxavət nümayiş etdirib.

Aut.az xəbər verir ki, rusiyalı milyarder 85 min türk lirəsi (2,9 min dollar) dəyərində sifariş verib və ofisianta 175 min lirə (5,9 min dollar) “çayvoy” saxlayıb.

Abramoviçin dostları ilə getdiyi müəssisədə iş adamı “kralcasına” qarşılanıb. Sahibkar və onun dostları üçün yeməkləri aşpaz şəxsən hazırlayıb.

Xidmətdən məmnun qalan Abramoviç restoran işçilərinə təşəkkür edərək, müəssisədə cəmi 260 min lirə (8,8 min dollar) pul xərcləyib.