“Böyük beşlik”də dəyişiklik: A seriyası Bundesliqanı…
UEFA rəsmi saytında milli çempionatların yenilənmiş reytinq cədvəlini təqdim edib.
Aut.az xəbər verir ki, ən yaxşı 5 çempionata İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1 daxildir.
İngiltərə çempionatı ötənilki versiya ilə müqayisədə UEFA reytinqində ən yaxşısı olaraq qalıb. İspaniya əmsallar cədvəlində ikinci yeri qoruyub. Fransa beşinci yerdə qalıb. İlk 5-likdə yeganə dəyişiklik Almaniya və İtaliya arasında olub. Almanlar dördüncü yerə enib, italyanlar üçüncü yerə yüksəliblər.
Aut.az
