Yüngül çəkidə UFC döyüşçüsü Benua Sen-Denis Dastin Pore və İslam Maxaçev arasında baş tutacaq döyüş üçün proqnoz verib.
Aut.az xəbər verir ki, döyüş iyunun 1-nə planlaşdırılan UFC 302-də baş tutacaq. Pore UFC 299-da məhz Sen-Denis üzərində nokautla qalib gələrək titul döyüşünə vəsiqə qazanıb.
“Porenin titul almasına təəccüblənmirəm. Təqvimlə bəxti gətirdi, hər şey onun xeyrinə oldu. O, mənim üzərimdə yaxşı qələbə qazandı, onun Maxaçevlə döyüşünü diqqətlə izləyəcəm. Mən özüm ən yaxşı yüngül çəkililərin zirvəsinə yaxınlaşıram.
Pore yumruqlarında dəqiqdir, o, həmişə təmkinlidir və təzyiqə yaxşı tab gətirir. O, təcrübəli və israrlı döyüşçüdür. Çətin ki, kimsə Porenin heç bir şansının olmadığını desin.
Maxaçev çoxyönlüdür və bu döyüşə yaxşı hazırlaşacaq. Düşünürəm ki, Maxaçevin Pore ilə döyüş üçün planının nə olacağı aydındır. O, Həbibin Oliveyra ilə döyüşdə etdiklərini təkrarlamağa çalışacaq.
Bu, Dastini məğlub etməyin ən asan yoludur. Pore özü də ona qarşı necə hərəkət edəcəklərini yaxşı başa düşür. Amma favorit yenə də hazırkı çempion olacaq”, – deyə Sen-Denis “MMA Junkie”yə müsahibəsində bildirib.
Aut.az