İngiltərə

İngiltərədə bu stadion qəsdən yandırılıb?

“Makklisfild” klubu ötən gecə stadionun bəzi hissələrində baş vermiş ehtimal olunan qəsdən yanğın hadisəsindən sonra yerli icmanı stadion ərazisindən uzaq durmağa çağırıb.

Aut.az xəbər verir ki, İngiltərə təmsilçisi bildirib ki, fövqəladə xidmətlər hadisə yerinə operativ şəkildə cəlb olunub və alovun qarşısını almağa başlayıblar. Xəsarət alan olmayıb. Klubun rəsmi bəyanatında deyilir:

“Fövqəladə xidmətlər dərhal reaksiya verib və hazırda zərər çəkmiş zonalarda yanğının söndürülməsi ilə məşğuldurlar. Narahatlığı başa düşsək də, hamını əraziyə yaxınlaşmamağa çağırırıq. Yaxınlıqda olan şəxslərdən pəncərələri bağlı saxlamaq, stadiona yaxınlaşmamaq və fövqəladə xidmətlərin işinə mane olmamaq xahiş olunur”.

Hadisənin səbəbinin müəyyənləşdirilməsi və dəymiş ziyanın qiymətləndirilməsi üçün araşdırma aparılır. Klub vəziyyətin nəzarət altına alındığını bildirib və müvafiq qurumları vaxtında məlumatlandıran şəxslərə təşəkkür edib. İstintaq davam etdiyi üçün əlavə şərh verilməyib.

Bu hadisə 2020-ci ildə yenidən formalaşdırılan və artıq üç dəfə yüksəliş əldə etmiş klub üçün uğurlu dövrə təsadüf edir. Komanda yaxın vaxtlarda İngiltərə kubokunda yaddaqalan çıxış edib. Yanvar ayında titulun sahibi olan «Kristal Pelas»ı 2:1 hesabı ilə məğlub edilib, fevralın 16-da isə dördüncü mərhələdə Premyer Liqa təmsilçisi “Brentford”a 0:1 hesabı ilə uduzub. Bu çıxış klubun mükafat və televiziya bonusları hesabına təxminən 1 milyon funt sterlinq gəlir əldə etməsinə imkan verib.

Aut.az