“Everton” azarkeşlərindən unikal etiraz: Təyyarədən bu şüarı asdılar – FOTO
“Everton” azarkeşləri “Mançester Siti” – “Liverpul” oyunu zamanı (1:1) “Etihad” stadionunun (Mançester şəhəri) üzərindən təyyarə ilə uçaraq, on xalın silinməsinə görə İngiltərə Premyer Liqasına etiraz ediblər.
Təyayrədən asılan bannerdə yazılıb: “Premyer Liqa korrupsiyaya uğrayıb”.
Xatırladaq ki, noyabrın 17-də Premyer Liqa maliyyə feyr-pley qaydalarını pozduğunu əsas gətirərək “Everton”un 10 xalını silib.
Bundan sonra, “şirniyyatçılar” turnir cədvəlində sondan əvvəlki, 19-cu yerə düşüblər və hesablarında 4 xal var.
Həmçinin, “Everton” azarkeşləri daha əvvəl Londonda Premyer Liqanın qərargahı qarşısında etiraz aksiyası keçirmişdilər.
Hazırda Premyer Liqada 13 oyundan sonra 29 xalla “Mançester Siti” liderdir. “Liverpul” 28 xalla ikinci yerdədir.

Aut.az
