Türkiyə

Mourinyo “Fənər”də nə qədər məvacib alacaq? – Prezident açıqladı

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyonun İstanbul təmsilçisindəki illik məvacibi bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə klubun prezidenti Ali Koç açıqlama verib. O, bildirib ki, portuqaliyalı mütəxəssis köməkçiləri ilə birlikdə illik 12 milyon avro məvacib alacaq.

Qeyd edək ki, “Fənərbağça” Joze Mourinyo ilə 2 illik müqavilə imzalayıb.