“Qalatasaray”ın açıq məşqini 40 mindən çox azarkeş izlədi
“Qalatasaray” klubunun bu gün açıq məşqi keçirilib.
Aut.az xəbər verir ki, “cim-bom” ötən həftə derbidə “Fənərbağça”ya qalib gəldikləri oyundan (3:0) sonra fanatlara jest edib. Komandanın məşqini 40 mindən çox azarkeş izləyib.
“Qalatasaray” Super Liqada 74 xalla birinci sıradadır. “Sarı-qırmızılar” ən yaxın izləyicisi “Fənərbağça”nı 7 xal qabaqlayır.
