Türkiyə

“Beşiktaş” “Spartak”ın futbolçusunu istəyir? – Rəsmi açıqlama

Türkiyənin “Beşiktaş” klubunun Moskva “Spartak”ın yarımmüdafiəçisi Ruslan Litvinovla maraqlandığı barədə məlumat yayılıb.

Aut.az xəbər verir ki, “Beşiktaş”ın rəqəmsal kommunikasiyalar üzrə meneceri Umur Ayaz Sport24-ün müxbiri Anastasiya Draqomirlə söhbətində bu məsələyə aydınlıq gətirib.

“Düşünürəm ki, Ruslan Litvinov bizi maraqlandırmır. Deyə bilərəm ki, qış transfer pəncərəsində biz mərkəz yarımmüdafiəçilərindən çox potensial hücumçulara baxacağıq”, – deyə Ayaz bildirib.

Aut.az