Türkiyəİtaliya

“Qalatasaray” üçün “Osimhen düyünü”: “Napoli” yola gəlmir

“Qalatasaray” və “Napoli” Viktor Osimhenin transferinin ödəniş şərtləri ilə bağlı razılığa gələ bilmir.

Aut.az xəbər verir ki, neapollular forvard üçün dərhal 40 milyon avro, 2026-cı ilə qədər qalan 35 milyon avro, üstəgəl 26 yaşlı oyunçunun  gələcək satışının faizini tələb edirlər.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu isə öz növbəsində 2027-ci ilə qədər Osimhen üçün qalan məbləği (35 milyon) ödəməyə hazırdır  və satışdan gələcək faiz  bəndinin daxil edilməsinin isə əleyhinədir.

Aut.az