Məqsəd İsayev “Kəpəz”də – RƏSMİ
Bu yay “Zirə”dən ayrılan müdafiəçisi Məqsəd İsayev bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Aut.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Məqsəd İsayev 2023-cü ildən “Zirə”də çıxış edirdi. 31 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində 64 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.
“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes və Adama Fofananı da heyətinə qatıb. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə yeni müqavilə imzalanıb. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqu Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli isə Gəncə təmsilçisini tərk ediblər.
