Türkiyə

“Fənər” polyaka görə ruslara 14 milyon ödəyəcək

“Fənərbağça” yaxın vaxtlarda Moskva  “Dinamo”nun yarımmüdafiəçisi Sebastyan Şimanski ilə 4 illik müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Aksam” nəşri məlumat yayıb. Məlumata görə, 24 yaşlı polşalı ildə təxminən 2,5 milyon avro qazanacaq.

“Dinamo” futbolçunun transferinə görə 14 milyon avro alacaq.

Şimanski ötən mövsüm icarə əsasında “Feyenoord”da çıxış edib.

Aut.az