“Trabzonspor”un futbolçusu “Axmat”ın hədəfində
“Trabzonspor”un cinah futbolçusu Tonio Tekliç karyerasını Rusiyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Axmat” maraqlanır.
Qroznı klubu icarə variantını nəzərdən keçirir. Bu barədə “Sportske Novosti” məlumat yayıb.
Xorvatiyalı futbolçu 2023-cü ilin yayında 1 milyon avroya “Varazdin”dən “Trabzonspor”a keçib. Bu mövsüm Tekliç bütün klub turnirlərində 6 matç keçirib. Cinah müdafiəçisi 161 dəqiqə meydanda olub.
Aut.az
