“Adana Dəmirspor” onunla müqaviləyə xitam verdi
Türkiyə Superliqasında çıxış edən “Adana Dəmirspor” mərakeşli yarımmüdafiəçi Yunes Belanın komandadan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqaviləyə tərəflərin qarşılıqlı razılaşması ilə vaxtından əvvəl xitam verilib.
Belanda 2021-ci ilin yayından “Adana Dəmirspor”da çıxış edib və bütün turnirlərdə 74 oyun keçirib (19 qol, 12 məhsuldar ötürmə).
O, 2023/24 mövsümündə 14 oyun keçirib və 3 qol vurub.
Aut.az
