Azərbaycan futboluTürkiyə

Dadaşov Türkiyənin bu 3 klubunun hədəfində – Hansına “hə” deyəcək?

Renat Dadaşov “Qrasshoppers”dən ayrıla bilər.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bir neçə klubun maraq dariəsinə düşüb. Bu barədə İsveçrə təmsilçisinin idman direktoru Bernt Haas məlumat verib. Onun sözlərinə görə, transfer pəncərəsinin son günlərində Renatla birlikdə gələn təklifləri nəzərdən keçirirlər.

Dadaşov daha çox Türkiyə klublarının maraq dairəsindədir. “Konyaspor”, “Sivasspor” və “Qaziantep” millimizin üzvünü heyətinə qatrmağa çalışıır. Superliqadakı yeni futbolçu limitinə əsasən, Renat Azərbaycan vətəndaşı olduğundan legioner sayılmayacaq. Bu səbəbdən onun qardaş ölkəyə transferi real görünür.

Qeyd edək ki, Renat Dadaşovun “Qrasshoppers”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2022-ci ilin yayında sözləşmə imzalayıb.