Azərbaycanda avrokubok oyunlarını bu iki kanal yayımlayacaq
2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları “İctimai TV”-də yayımlanacaq.
Aut.az xəbər verir ki, bu barədə telekanal açıqlama yayıb. Bildirilir ki, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq.
Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma sözügedən telekanalda canlı yayımlanacaq.
