“Liverpul” – “Qarabağ” oyunu slovakiyalı hakimə tapşırıldı
İngiltərədə “Liverpul” və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun oyununun baş hakimi açıqlanıb.
Aut.az xəbər verir ki, oyunu slovakiyalı FİFA referisi İvan Krujlyak idarə edəcək.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç saat 00:00-da start götürəcək.
Aut.az
