Mbappe PSJ-ni belə təbrik etdi
“Real Madrid”in hücumçusu Kilian Mbappe PSJ-ni Çempionlar Liqasının finalında qazandığı qələbə münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, futbolçu bu barədə İnstaqramda paylaşım edib.
“Nəhayət, bu möhtəşəm gün gəlib çatdı. Möhtəşəm klub üslubunda qələbə! PSJ-ni təbrik edirəm”, – Mbappe yazıb.
Paris klubu “İnter”i 5:0 hesabı ilə məğlub edib. Bu, həlledici oyunda ən böyük qol fərqidir.
Aut.az
