Çempionlar Liqası

ÇL-də həftənin simvolik komandası açıqlandı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının cari həftəsinin ən yaxşı futbolçularından ibarət simvolik komandanı təqdim edib.

Aut.az xəbər verir ki, bu barədə UEFA-nın “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Qapıçı: Yann Sommer (İnter).

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Markinyos (PSJ), Françesko Açerbi (İnter), Jerar Martin (Barselona).

Yarımmüdafiəçilər: Nikolo Barella (İnter), Frenki de Yonq (Barselona), Fabian Ruiz (PSJ).

Hücumçular: Lamin Yamal (Barselona), Xviça Kvaratsxeliya (PSJ), Lautaro Martines (İnter).

Cari Çempionlar Liqasının finalında PSJ və “İnter” üz-üzə gələcək. Qarşılaşma mayın 31-də Münhendə baş tutacaq.

Aut.az