İspaniyaÇempionlar Liqası

Arbeloadan sürpriz qərar: “Siti” ilə oyunda 18 yaşlı futbolçuya güvənəcək?

“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”yə qarşı keçiriləcək ilk oyunda yarımmüdafiəçi Tiaqo Pitarkı start heyətinə daxil etməyi nəzərdən keçirir.

Aut.az xəbər verir ki, “Onda Cero”nun məlumatına görə, 18 yaşlı futbolçu ilk dəqiqələrdən meydana çıxa bilər. Mənbə bildirir ki, gənc yarımmüdafiəçinin namizədliyi getdikcə daha ciddi şəkildə nəzərdən keçirilir.

Tiaqo Pitark son vaxtlar “Real”ın “Selta” və “Xetafe” ilə keçirdiyi iki oyunda start heyətində yer alıb. Həmin qarşılaşmalar müvafiq olaraq 2:1 hesablı qələbə və 0:1 hesablı məğlubiyyətlə başa çatıb.

“Siti” ilə ilk görüş martın 11-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab Oyunu isə martın 17-də baş tutacaq.

Aut.az