İspaniya

Ancaq hamburger və pizza yeyirmiş?

Usman Dembele qidalanmaya münasibəti dəyişməsinin durumuna necə təsir etdiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Dembele “Qidalanmanızda dəyişikliklər daha az zədə almağınıza səbəb olub” sualına belə cavab verib:

“İndi klub bazasında yemək məcburiyyətə çevrilib. Ondan əvvəl deyirdilər ki, mən ancaq hamburger və pizza yeyirəm, amma bu doğru deyil. Əgər xəsarət almışamsa, bu, pizza və hamburger yediyim üçün deyildi.

İndi mən evdə və ya bazada yemək yeyirəm. Mənim dietoloqum var və hər şey qaydasındadır”.

Aut.az