Dünya futboluİspaniya

Əl çəkmirlər, gözləyəcəklər

 Braziliya Futbol Konfederasiyası (CBF) Karlo Ançelotti ilə əməkdaşlıq edəcəyinə əmindir.

Aut.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb. Konfederasiyanın rəhbərliyi əmindir ki, “Real”ın baş məşqçisi ilə razılaşmaya yaxındırlar. Əgər Madrid klubu italiyalı mütəxəssisi buraxmaqdan imtina etməsəydi, onun təyinatı bu yay rəsmiləşməli idi.

Məlumata görə, danışıqlar hələ də davam edir. Qurumun rəhbərliyi “Real”lı razı sala bilsə, o zaman Ançelotti bu yay Braziliya millisinə rəhbərlik edəcək. Ən pis halda, Konfederasiya Ançelottinin “Real”la müqaviləsinin bitməsini gözləyəcək. İtalyan mütəxəssisin müqaviləsi 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.

Aut.az