Məşğul olduğu idman növünü sevdirən gözəl – FOTOLAR
Bəzi idman növü var ki, həm Avropa, həm də regionumuz üçün yaddır. Hətta onların adlarını, qaydalarını bilmirik.
Məsələn, softbol. İdman növü olaraq beysbola çox bənzəsə də, qaydalar və şəraitə görə bir-birindən fərqlənir. Softbol qadınlar arasında kifayət qədər məşhurdur. Çünki fiziki mübarizə baxımından onlar üçün rahatdır.

ABŞ-da bu idman növüylə məşğul olan qadınlar müəyəyn qədər məşhurlaşıblar. Onların arasında Brali Sent-Kleyr də var. O, qısa zamanda softbol meydançasında və sosial mediada azarkeşlərin sevimlisinə çevrilib.
Missisipi Dövlət Kollecinin komandasının üzvü mövsüm ərzində 53 oyunun hamısında meydana çıxıb. 239 xal toplayan mərkəz müdafiəçisi komandasının lideridir.

Alabama ştatından olan idmançının sosial şəbəkələrdə abunəçilərin sayı hər gün artır. Hazırda softbolçu təkcə oyunu ilə deyil, xarici görünüşü ilə də pərəstişkarlarının böyük marağına səbəb olub. Mavi gözlü Braylinin “Instagram”da 180 min, “Tiktok”da isə 230 mindən çox izləyicisi var. Onun populyarlığı yavaş-yavaş ABŞ-ın hüdudlarını aşmağa başlayıb. Nəticədə softbola digər qitələrdə maraq yaranmağa başlayıb.




