Mourinyonun köməkçisi ilə kobud rəftarı gündəm oldu – VİDEO
Dekabrın 2-də Türkiyə çempionatının 14-cü turunun matçında “Fənərbağça” doğma meydanda “Qaziantep”ə qalib gəlib – 3:1.
Aut.az xəbər verir ki, Rodriqo Becao 78-ci dəqiqədə “Fənərbağça”nı önə keçirənə qədər oyunda hesab uzun müddət bərabər olub. Müdafiəçinin dəqiq zərbəsi təkcə komanda yoldaşları arasında deyil, həm də məşqçilər korpusu arasında çılğın sevincə səbəb olub.
Amma komandanın baş məşqçisi Joze Mourinyo soyuqqanlılığını qoruyub. Həmin an “xüsusi” meydana müdafiəçi buraxmaq istəyib.
Ona görə də, köməkçisi Zeki Murat Gölenin futbolçularla bayramlaşmasından narazı qalıb.
Joze köməkçisini köynəyindən tutaraq onu konsentrasiyasını itirdiyinə görə danlamağa başlayıb və skamyaya tərəf itələyib.
Aut.az
