İngiltərə

Azarkeşlərdən görün nə istədi: Xoşuna gəlməyib

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, İngiltərə çempionatının 13-cü turunun “Everton”la oyununda (4:0) “Mançester Yunayted” azarkeşlərinin onun adını səsləndirməsinin xoşuna gəlmədiyini deyib:

“Bundan xoşum gəlmir. Özümü yöndəmsiz hiss etdiyimi söyləməyəcəyəm, amma məşqçi olduğum üçün azarkeşlər futbolçuların adlarını səsləndirməli, klub haqqında mahnı oxumalıdırlar.

Azarkeşlərlə əlaqəm var və çox fəxr edirəm. Lakin onlar oyunçuların adlarını tərənnüm etməlidirlər”.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis üçün bu, mankunianların “sükanı arxası”nda ilk Premyer Liqa matçı olub.

Aut.az