İtaliya

Məğlubiyyət seriyası 16 il sonra təkrarlandı

İtaliya A Seriyasının 14-cü turunda “Roma” və “Atalanta”ya 2 cavabsız qolla uduzub.

Aut.az xəbər verir ki, bu məğlubiyyət “canavarlar” üçün çempionatda ardıcıl 4-cü məğlubiyyəti olub. Paytaxt klubu “Atalanta”dan əvvəl “Verona”, “Bolonya” və “Napoli” ilə matçlarda xalsız qalıb.

Sonuncu dəfə belə bir hadisə 2008-ci ilin noyabrında baş verib.

Qeyd edə ki, bu mövsüm keçirdiyi 14 oyundan (3 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət) 13 xal toplayan “Roma” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Aut.az