“Roma” “Yuventus”un ulduzunu transfer edir
“Yuventus”un vingeri Federiko Kyesa yayda “Roma”ya keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Roma klubunun rəhbərliyi futbolçuya illik 5,5 milyon avro maaş təklif edəcək. Bu məbləğ Kyesanı keçidə razı salmalıdır.
Cinah oyunçusu yeni baş məşqçi Tyaqo Mottanin növbəti mövsüm üçün planlarının bir hissəsi deyil və yayda klubu tərk etməyə hazırdır.
Əvvəlki mövsümdə Federiko “Yuventus”un heyətində 37 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Aut.az
