Rita bu klubun azarkeşlərini belə təəccübləndirdi – FOTO
İtaliyanın “Cenoa” klubu maraqlı addım atıb.
Aut.az xəbər verir ki, Seria A təmsilçisi sosial şəbəkələrdə Kosovo əsilli britaniyalı müğənni Rita Oranın komandanın yeni formasında çəkdirdiyi fotonu dərc edib. Qızılı rəngdə hazırlanan forma və bunu tanınmış qadın müğənni tərəfindən təqdim edilməsi azarkeşlərin marağına səbəb olub.
Komandanın bu gün keçiriləcək “İnter”lə çempionat oyununa məhz həmin formayla çıxacağı gözlənilir. Qarşılaşma saat 23:45-də başlayacaq.
İtaliya A Seriyasında 17 turdan sonra Genuya komandası 19 xal toplayıb və 13-cü sırada qərarlaşıb.

