Ançelotti İtaliya yığmasından buna görə imtina edibmiş
İspaniya çempionu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İtaliya millisinə rəhbərlik etməkdən niyə imtina etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Ançelottinin sözlərini RSI sitat gətirib.
“Mən hər gün bazada olmaqdan, məşqə hazırlaşmaqdan çox həzz alıram və hiss edirdim ki, milli komandaya görə ehtirasımın bir hissəsini itirəcəyəm”,, – Ançelotti deyib.
Karlo Ançelotti 2021-ci ildən “Real Madrid”i çalışdırır. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı iin yayına qədərdir.
Aut.az
