İspaniya

“Real”dan Ronaldoya görə ayrılıbmış?

Rafael Benites Kriştianu Ronaldo ilə konflikt olması barədə şayiələri təkzib edib.

Aut.az xəbər verir ki, Benites bu barədə İspaniya mətbuatına danışıb.

“Real”dan Ronaldoya görə ayrıldığım doğru deyil. Aramızda heç vaxt fikir ayrılığı olmayıb, o, böyük oyunçu və fenomendir. Klubdan bəzi daxili problemlərə görə ayrıldım, lakin onların Ronaldo ilə heç bir əlaqəsi yox idi”, – “Real”ın keçmiş baş məşqçisi deyib.

Benites 2015-2016-cı illərdə Madrid komandasına rəhbərlik edib.

Aut.az