İspaniya

“Real”ın Bellinqemlə bağlı şikayətinə hansı cavab gəlib?

İspaniya Kral Futbol Federasiyasının (RFEF) Apellyasiya Komitəsi “Real”ın yarımmüdafiəçi Cud Bellinqemin iki oyunluq cəzasını ləğv etmək tələbini qəbul etməyib.

Aut.az xəbər verir ki, ingilis futbolçu buna görə də La Liqanın növbəti iki oyununu – “Jirona” və “Betis”ə qarşı matçları buraxacaq.

Xatırladaq ki, Cud 24-cü turun “Osasuna” ilə matçıda baş hakimə qarşı nalayiq ifadələr işlətdiyi üçün 2 oyunluq cəzalandırılıb.

Aut.az