Boks

Tayson sabiq UFC çempionu ilə döyüşəcək

Tayson Fyurinin növbəti rəqibi ağır çəkidə sabiq UFC çempionu Frensis Nqannu olacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Mayk Koppinger məlumat verib.

Onun sözlərinə görə, döyüş oktyabrın 28-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutacaq. Qaydaların necə olacağı, döyüşün neçə raund çəkəcəyi və Fyurinin WBC ağır çəki dərəcəsində titulunun təhlükə altında olub-olmayacağı hələ məlum deyil.

Fyuri əvvəlki döyüşünü 2022-ci ilin dekabrında keçirib və Derek Çisoranı məğlub edib. Bundan sonra britaniyalı mütləq dünya çempionu titulu uğrunda Aleksandr Usiklə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib.

Aut.az