2025-ci ilin ən yaxşı boksçusu kimdir?
“Queensberry” promouter şirkətinin rəhbəri Frenk Uorren 2025-ci ilin ən yaxşı boksçusu kimi müştərisi Fabio Uordlini görür.
Aut.az xəbər verir ki, promouter bu barədə iFL TV-yə açıqlamasında danışıb.
“İlin boksçusu? Bu, çətin sualdır. Amma onun haradan gəldiyini və nələr etdiyini nəzərə alsaq, bu ad Fabioya verilməlidir. Onun heç bir həvəskar təcrübəsi olmayıb, amma tam legitim şəkildə dünya çempionudur. O, Usikdən sonra ikinci sayılan və həmin döyüşə aşkar favorit kimi çıxan boksçunu məğlub etdi. Düşünürəm ki, o, möhtəşəm bir il keçirdi”, – deyə Uorren bildirib.
Britaniyalı boksçu super ağır çəkidə WBO titulunun sahibi olub.
Xatırladaq ki, Uordli Cozef Parkeri məğlub etdikdən sonra WBO versiyası üzrə müvəqqəti çempion statusu qazanmışdı. Ukraynalı boksçu Aleksandr Usikin bu tituldən imtina etməsindən sonra isə Fabio Uordli rəsmi olaraq tamhüquqlu dünya çempionu elan olunub.
Aut.az
