Tarixin ən təhlükəli boksçusu açıqlandı
Əfsanəvi promouter Bob Arum boks tarixində ən təhlükəli hesab etdiyi döyüşçünün adını açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu barədə DAZN-ə açıqlama verib.
“Top Rank” rəhbəri peşəkar rinqdə 100-dən çox döyüş keçirən bir idmançını xüsusi vurğulayıb. Bu etimad dörd çəki dərəcəsində sabiq dünya çempionu olmuş Roberto Durana göstərilib.
“Rinqə çıxmazdan əvvəl və döyüş zamanı ən qorxuducu təsir bağışlayan, amma eyni zamanda çox yaxşı insan olan döyüşçü – mənim həqiqətən çox sevdiyim biri – Roberto Durandır”, – deyə Arum bildirib.
Qeyd edək ki, panamalı boksçu 1968-ci ildən 2001-ci ilə qədər peşəkar səviyyədə çıxış edib. O, 119 döyüş keçirib, bunların 103-də qalib gəlib, qələbələrinin 70-ni nokautla qazanıb.
Əfsanəvi döyüşçü yüngül, yarımorta, birinci orta və orta çəki dərəcələrində dünya çempionu olub. Ümumilikdə titul döyüşlərində 15 rəqibini məğlub edib.
