Boksçu döyüşdən sonra otel otağında ölü tapıldı
Meksikalı boksçu Pedro Antonio Rodriges ABŞ-da döyüşdən saatlar sonra 37 yaşında ölüb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Faciə Arizona ştatının Feniks şəhərində baş verib. Rodriges boks turniri çərçivəsində 6 raundluq super ağır çəkidə döyüşdə Filip Vellaya məğlub olub.
Döyüşdən sonra meksikalı tədbirin digər iştirakçıları ilə nahar etməyə razılaşaraq otel otağına qayıdıb. Lakin həmin axşam o, otelin foyesində görünməyib. Bazar günü səhər otel işçiləri onun otağında idmançının cansız bədənini aşkar ediblər. Otel işçiləri Rodriqesin otağına girməyə məcbur olublar, çünki o, hava limanına getmək üçün səhər tezdən nəqliyyatın gəldiyi yerdə deyildi.
Hazırda polis boksçunun ölüm səbəbini müəyyən etmək üçün hadisəni araşdırır.
Feniks turniri “Del Sol Boxing Promotions” tərəfindən təşkil olunub.
Aut.az
