Tayson zədələnib? – Azarkeşlərini qorxudan VİDEO
Əfsanəvi boksçu Mayk Tayson Cek Polla döyüşün hazırlıqların davam etdirir.
Aut.az xəbər verir ki, əfsanəvi döyüşçü sosial şəbəkə hesabında məşqinin necə keçdiyini əks etdirən video yayımlayıb. Lakin pərəstişkarları Taysonun dizində qoruyucu sarğı olduğunu görüb və bunun zədə səbəbindən olduğundan şübhələniblər.
Boksçunun nümayəndəsi Endryu Roof azarkeşləri sakitləşdirməyə qərar verib:
“Maykın dizi sırf profilaktik məqsədlə sarılır. Bu, heç bir şəkildə döyüşdə qalib gəlməyə təsir etməyəcək. Heç bir xəsarət yoxdur. Tayson yenilməz görünür”.
Qeyd edək ki, Cek Pol və Mayk Tayson arasında döyüş noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (Texas) baş tutacaq.
Aut.az
