İspaniya

“Real”a bəd xəbər: 1 ay olmayacaq

“Real”ın zədəli hücumçusu Rodriqonun durumu bəlli olub.

Aut.az xəbər verir ki, 23 yaşlı braziliyalı bir aya yaxın müddətdə meydanlardan uzaq qalacaq. Bu barədə “The Athletic” məlumat yayıb.

Futbolçuya sağ budunun əzələ zədəsi diaqnozu qoyulub. Rodriqo Çempionlar Liqasının 3-cü turunda “Real”ın Dortmund “Borussiya”sını məğlub etdiyi (5:2) matçda zədələnib.

O, La Liqada “Barselona”, “Valensiya” və “Osasuna” ilə oyunları buraxacaq. Həmçinin Çempionlar Liqasının “Milan”la görüşdə komandasına kömək etməyəcək.

Aut.az