Boks

3 səs-küylü döyüş: Turki onunla anlaşdı

Ağır çəkidə keçmiş çempion Entoni Coşua (28-4, 25 KO) və Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx döyüş razılaşmasını yekunlaşdırıblar.

Aut.az xəbər verir ki, bu barədə “NoSmokeBoxing” məlumat yayıb.

Təklif edilən razılaşmaya Coşuanın Səudiyyə Ərəbistanında üç yüksək səviyyəli döyüş keçirməsi daxilidir: Tyson Fury ilə iki, Dillian Uayt və ya Cared Anderson ilə üçüncü döyüş.

Bir gün əvvəl promouter Eddi Hern Coşuanın dirsək əməliyyatından uğurla keçdiyini açıqlamışdı. Boksçunun altı həftədən sonra məşqlərə davam edəcəyi gözlənilir.

Aut.az