Boks

Boksda nadir hadisə: Eyni vaxtda nokdauna düşdülər – VİDEO

Yaponiyada keçirilən boks turnirində Seyi Yamaquçi ilə Hiroki Arakava arasında baş tutan döyüş ilin ən qeyri-adi anlarından birinə çevrilib.

Aut.az xəbər verir ki, artıq birinci raundda tamaşaçılar nadir hallarda rast gəlinən epizodun şahidi olublar. Hər iki boksçu eyni anda bir-birini nokdauna göndərib. Bu hal hətta peşəkar boks üçün belə demək olar ki, qeyri-real görünür.

Zərbə mübadiləsi zamanı rəqiblər sinxron şəkildə dəqiq zərbələr endiriblər və nəticədə eyni anda tarazlıqlarını itirərək rinqin döşəməsinə yıxılıblar.

Bu maraqlı məqama baxmayaraq, döyüş sona qədər davam edib və 4 raunddan sonra hakimlərin qərarı ilə Seyi Yamaquçinin qələbəsi ilə yekunlaşıb.

Aut.az