Hamının gözlədiyi döyüşün qaydaları açıqlandı
Əfsanəvi boksçu Mayk Taysonla məşhur bloger Ceyk Pol arasında döyüşün təşkilatçıları qarşıdan gələn döyüş üçün qaydaları məlum olub.
Aut.az xəbər verir ki, görüş peşəkar boks qaydalarına uyğun formada təşkil ediləcək. Bununla bağlı hər iki iştirakçının razılığı alınıb. Bu barədə DAZN məlumat yayıb.
Döyüşünqaydaları:
- Çəki kateqoriyası – super ağır çəki
- İki dəqiqəlik səkkiz raund
- Nokautlara icazə verilir
- 14 oz qalınlığında əlcəklər
- Döyüşçülər dəbilqə taxmayacaqlar
- Nəticə boksçuların peşəkar rekorduna düşəcək
Qeyd edək ki, 57 yaşlı Tayson və 27 yaşlı Pol iyulun 20-də Arlinqtonda (ABŞ) rinqdə üz-üzə gələcək.
