Mən qadın doğulmuşam: Şərəfim hər şeydən əvvəl gəlir
66 kq çəki dərəcəsində olimpiya çempionu olmuş əlcəzairli boksçu İman Xelif ünvanına səslənən tənqidlərə görə qələbənin xüsusi dadını hiss etdiyini bildirib.
Aut.az xəbər verir ki, 25 yaşlı Xelif Paris Olimpiadasının finalında Çin təmsilçisi Liu Yanqı yekdil qərarla məğlub edib. Cinsiyyət testi qalmaqalı təzyiqi ilə üzləşən Xelif bütün Olimpiya turniri boyu bir raundda məğlub olmayıb.
2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən aparılan DNT testi İmanın “XY (kişi) xromosomunun mövcudluğunu və yüksək testosteron səviyyələrini” aşkar etdiyi üçün Xelif Dünya Boks Çempionatından kənarlaşdırıldı. Beynəlxalq Olimpiya Komitəsi (BOK) “biokimyəvi test standartlarının aydın olmadığını və ABB-nin qeyri-şəffaf idarə edilməsini” əsas gətirərək, Xelifi Olimpiadaya buraxıb.
BOK-un mövqeyi: “Xelif transgender deyil və sınaq qeyri-qanuni və etibarsız idi”.
“Mən başqaları kimi qadınam. Mən qadın doğulmuşam, qadın kimi yaşamışam, amma uğurun düşmənləri var və onlar mənim uğurumu həzm edə bilmirlər. Bu da mənim uğuruma xüsusi zövq verir, sosial şəbəkələrdə haqqımda deyilənlərin hamısı əxlaqsızlıqdır. Mən bütün dünyada insanların şüurunu dəyişmək istəyirəm.
2018-ci ildən ABB-nin himayəsində yarışmışam və onlar mənim haqqımda hər şeyi bilirlər. Bəzi üzvlər mənə nifrət edir və niyə belə olduğunu bilmirəm. Bu gün mən onlara mesaj göndərdim ki, mənim şərəfim hər şeydən əvvəl gəlir”, – Xelif “Reuters” agentliyinə bildirib.
Aut.az
