Boks

Olimpiya çempionu bu il karyerasını bitirəcək

Rio-de-Janeyro Olimpiadasının çempionu Yevgeni Tişşenko 2025-ci ildə karyerasını bitirəcək.

“Mənim kifayət qədər parlaq və məhsuldar karyeram olub. İndi başqa işlərlə yanaşı, çoxlu sayda ictimai tədbirlərdə iştirak edirəm, gənc idmançılarla görüşlər keçirirəm, təcrübəmi ötürürəm. 2025-ci ildə daha bir final matçı keçirmək, ondan sonra karyeramı bitirmək istərdim”, – TASS Tişşenkodan sitat gətirib.

Tişşenkonun peşəkar rinqdə 12 qələbəsi (7-si nokaut), 1 məğlubiyyəti var.

Aut.az