Əfsanə küçə döyüşünə hansı boksçularla gedərdi?
Əfsanəvi amerikalı boksçu Terens Krouford küçə döyüşünə özü ilə hansı həmkarlarını aparacağını açıqlayıb.
Aut.az xəbər verir ki, Krouford bu barədə Nurlan Saburovla müsahibəsində deyib:
– Küçə davasına kimi özünüzlə aparardınız? Beş nəfər.
– Tayson Fyuri, Artur Beterbiyev, Aleksandr Usik, Deontey Uaylder…
– Ha-ha, böyük boksçular, Floyd Meyvezer yox.
– Mən yalnız ağır çəkili boksçuları götürərdim. Başqa birini? Qardaşım Stiven Nelsonu da aparardım.
Aut.az
