Boks

Rəqibinin oğlunun ölümünə belə reaksiya verdi

Məşhur britaniyalı boksçu Entoni Coşua Kamerun əsilli fransalı MMA döyüşçüsü, ağır çəkidə keçmiş UFC çempionu Frensis Nqannunun yaş yarımlıq oğlunun ölümünə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, keçmiş rəqibinin ailəsindəki faciəyə biganə qalmamağa çalışıb. Coşua sosial media hesabında “paylaşdığın xatirələr sənə rahatlıq gətirsin”, – deyə Nqannuya təsəlli verməyə çalışıb.

Coşua və Nqannou martda bir-birləri ilə qarşılaşıblar. Qarşıdurma boks qaydalarına uyğun keçirilib və britaniyalının ikinci raundda nokautla qalib gəlməsi ilə yekunlaşıb.