Boks

Karyerasını qardaşına qurban verdi

WBC-də aşağı çəki üzrə keçmiş çempion Yuday Şigeoka karyerasını bitirdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, o, bu qərarı isə kiçik qardaşı Qindziro Şigeokaya dəstək olmaq üçün verib.

“Kyodo”nun məlumatına görə, 25 yaşlı Qindziro Osaqadakı titul döyüşündə Filippin çempionu Pedro Tadurana məğlub olduqdan sonra sağ subdural hematomanın müalicəsi üçün kraniotomiyadan keçib və mayın 24-də koma vəziyyətinə düşüb.

Yuday sosial şəbəkələrdə yazıb: “Qinlə birlikdə yeni sahədə uğur qazanacağıq. Böyük qardaş kimi mənim vəzifəm bundan sonra onun həyatını daha parlaq etməkdir”.

28 yaşlı Yuday 2023-cü ildə WBC kəmərini qazanıb, lakin mart 2024-cü ildə onu müdafiə edə bilməyib.

Yaponiya Boks Komissiyasının məlumatına görə, Qindziro kritik mərhələdən keçərək ciddi reabilitasiya üçün doğma Kumamoto prefekturasındakı xəstəxanaya köçürülüb.

Aut.az