Dünya futbolu

Azyaşlı azarkeşin Messidən xahişi: Qolu belə bayram et – VİDEO

“İnter Mayami”nin futbolçusu Lionel Messi maraqlı video ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, argentinalı ulduz azyaşlı fanatları ilə görüşüb. O, 2 uşaqla maraqlı söhbət edib.

Söhbət əsnasında onlardan biri Messidən xüsusi qol sevincini nümayiş etdirib və vurduğu növbəti qolu belə qeyd etməsini istəyib. Leo azyaşlı azarkeşin arzusunu təbəssümlə qarşılayıb.

Qeyd edək ki, Messinin çıxış etdiyi “İnter Mayami” növbəti matçını MLS-in pley-off mərhələsi çərçivəsində oktyabrın 26-da “Atlanta”ya qarşı keçirəcək. Cavab görüşü 1 həftə sonra baş tutacaq.

Aut.az