Dünya futbolu

Ərəblər Alleqrini də aparırlar

“Yuventus”un və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Aut.az xəbər verir ki, “Sky Sport Italia”nın məlumatına görə, 2024-cü ilin mayında “Yuventus”dan qovulan 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə anlaşmaya çox yaxındır. İtaliyalı çalışdırıcının gələn mövsümdən komandaya rəhbərlik edəcəyi gözlənilir.

Bu mövsüm Matias Yaisslenin rəhbərlik etdiyi Ciddə təmsilçisi “Əl-Əhli” 15 matçda 26 xal toplayıb və Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 5-ci yerdədir.

Aut.az