Dünya futbolu

Moskva klubu Poqbaya təklif göndəribmiş

Torpedo”nun keçmiş idman direktoru Ari məşhur fransız futbolçusu Pol Poqbanın Moskva klubuna transferi ilə bağlı danışıqlar apardığını etiraf edib.

Aut.az xəbər verir ki, Ari bildirib ki, 2024-cü ilin dekabr ayında “Yuventus”la müqaviləsini ləğv etdikdən və antidopinq qaydalarını pozduğuna görə cəzası bitdikdən sonra azad agent olan yarımmüdafiəçini “Torpedo”ya transfer etməyi düşünüb.

– “Torpedo”da işləyərkən Pol Poqba ilə danışıqlar aparacağınız barədə məlumatlar var idi.

– Bəli, bu, baş verdi.

– Danışıqlar aparırdınız?

– Mən onun agenti olan bir qızla danışdım. O dedi ki, onlar Rusiyaya getmək istəmirlər.

– Deməli, ona “Torpedo”da oynamaq təklifi ilə müraciət etmişiniz.

– Bəli – Ari “Fonbet” “YouTube” kanalında yayımlanan verilişdə deyib.

Poqba hazırda “Monako”da oynayır.

Aut.az