Dünya futbolu

Ümid sonda ölür: Neymar ora qayıtmaq istəyir

“Santos”un braziliyalı vingeri Neymar hələ də Avropa futboluna qayıtmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “El Nacinonal” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı futbolçu “Santos”da keçirəcəyi növbəti 6 ayı hələ də ən yüksək səviyyədə çıxış edə biləcəyini göstərmək şansı kimi görür.

Neymar, əvvəlki transfer pəncərələrində artıq rədd edilməsinə baxmayaraq, “Barselona”ya qayıtmağı xəyal edir. Braziliyalının ətrafındakılar onun sağlamlığına tam diqqət yetirdiyini və yeni zədələrdən qaçmaq istədiyini iddia edirlər.

Aut.az