Dünya futbolu

Deşamla Zidanın arası yoxdur? – Özü hər şeyi açıqladı

Didye Deşam bildirib ki, Zinəddin Zidanla heç bir münaqişəsi yoxdur.

Aut.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi “Yuventus”da və millidə keçmiş komanda yoldaşı ilə yaxşı yola getməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Daha bir fərziyyə! Uzun illər birlikdə keçirdik. Aramızda hələ də böyük hörmət var. Yeri gəlmişkən, sonuncu dəfə bir-birimizi görəndə fikir mübadiləsi apardıq.

Mən onun yaxın dostlarından deyiləm. Hər ikimizin öz həyatımız var, amma nə olursa olsun, aramızda həmişə hörmət olacaq”, – Deşam “Le Figaro” nəşrinə müsahibəsində deyib.

Deşam DÇ-2026-dan sonra postunu tərk edəcək. Media bu posta əsas namizəd kimi Zinəddin Zidanı göstərib.

Aut.az