Dünya futbolu

Het-trik etdi: Hava limanı adını onun şərəfinə dəyişdi

Dublin hava limanının rəsmi sosial media hesabı İrlandiya millisinin futbolçusu Troy Perrottun şərəfinə adını dəyişib.

Aut.az xəbər verir ki, buna səbəb futbolçunun het-trikinin İrlandiyanı DÇ-2026-nın fley-off mərhələsinə çıxarmasıdır.

Troy noyabrın 16-da DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda Macarıstana 3:2 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib. Perrott həlledici olan son qolunu 96-cı dəqiqədə vurub.

Qələbə nəticəsində İrlandiya F qrupunda ikinci yeri tutub və Dünya Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.

Aut.az